AZ

Güləş üzrə Azərbaycan çempionatının bəzi görüşlərini əcnəbi hakimlər idarə edəcəklər

Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışda medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.

Çempionatı yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət olunan referilər də idarə edəcəklər. İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.

Seçilən
9
13
90deqiqe.az

10Mənbələr