AZ

Qonşunun iti əmlakımıza zərər vurubsa, zərəri kim ödəyəcək? - AYDINLIQ GƏTİRİLDİ

“Qonşu itinin bizim əmlakımıza zərər vurması qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) sayılır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Xəyalə Məmmədova deyib.

Xəyalə Məmmədova sözlərinə belə davam edib:”Mülki Məcəlləmizin 1096-ci maddəsində mülki hüquq pozuntusunun (deliktin) anlayışı verilmişdir. Belə ki, mülki hüquq pozuntusu (delikt) zərərçəkənə birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Hüquqa zidd əməl hərəkət və ya hərəkətsizlik formasında ola bilər”.

O qeyd edib ki, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir: “Mülki hüquq pozuntusunun müxtəlif növləri var. Mülki Məcəllənin 1110-cu maddəsində heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmusdur. Həmin maddəyə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Zərər vuran könüllü olaraq zərərin əvəzinin ödənilməsindən boyun qaçırdığı halda zərərçəkmiş məhkəməyə müraciət edə bilər”.

Ayşən Vəli

Seçilən
16
sia.az

1Mənbələr