AZ

Bakının daha üç rayonunda qarlı havalara hazırlıq məsələləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin ( BŞİH) tapşırıqlara uyğunolaraq, paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlışəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə vətəşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorunnümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

BŞİH-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirələrinəsas məqsədi rayon xidmətlərinin soyuq qış aylarına, xüsusilə güclüqar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zamangörülməsi zəruri olan işlərin müzakirəsidir.

Növbəti müşavirələr paytaxtın Yasamal, Nərimanov və Xəzərrayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon icrahakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar,kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatlarınrəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildəyerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarıntəmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, lingvə s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikalarınvəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakıküçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərinsiyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası iləyanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcudtexnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlara,bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə,ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində dəqəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərintəmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Bakının
Bakının
Bakının
Bakının
Bakının
Bakının
Bakının
Seçilən
15
20
az.trend.az

10Mənbələr