Bakı. Trend:
Dekabr ayında qış fəslinə uyğun olan tutqun, buludlu, soyuq havaşəraiti üstünlük təşkil edir. Bu il dekabr ayında havanın ortaaylıq temperaturun əsasən iqlim normasına yaxın olacağıgözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasınayaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.Dekabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin arabiryağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliolacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıqtemperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlimnormasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti,gündüzlər 8-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntınınmiqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çoxolacağı gözlənilir (norma 24-34 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurrayonlarında havanın orta aylıq temperaturu 0-3 dərəcə isti olacağıgözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanıntemperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7dərəcə şaxta, dağlıq ərazilərdə 9-11 dərəcə şaxta, gündüzlər 5-10dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlimnormasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçininDaşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,bəzi günlərdə 4-8 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzigünlərdə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağıgözlənilir (norma 19-30 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanrayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzigünlərdə 8-13 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzigünlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntınınmiqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzulirayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcəşaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə istiolacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasınayaxın olacağı gözlənilir (norma 13-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındahavanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağıgözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanıntemperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksəkdağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə istiolacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasınayaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma24-48 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan,Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcəisti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcəşaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə istiolacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasınayaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 19-32 mm)gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabadrayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə istiolacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələrhavanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədəkşaxta, dağlarda 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzigünlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntınınmiqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106mm).