AZ

Azərbaycan-Ermənistan danışıqları: Tərəflər bəzi texniki məsələlərdə ortaq məxrəcə gələ bilirlər

Xəbər verdiyimiz kimi, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyanla görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində olub. İclasdan sonra Eyyubov və Qriqoriyan 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər.

Politoloq İlqar Vəlizadə Azərbaycan-Ermənistan danışıqları: Tərəflər bəzi texniki məsələlərdə ortaq məxrəcə gələ bilirlər-a deyib ki, Azərbaycan və Ermənistan arasında belə müntəzəm görüşlər müxtəlif meydançalarda baş tutur.

Ekspert vurğulayıb ki, Kazan sammitində Azərbaycan və Ermənistan rəhbərliyinin müvafiq tapşırığına əsasən sülh prosesi istiqamətində danışıqlar, müzakirələr davam etdirilir:

"Nəticələrin nə olacağını zaman göstərəcək. Fərqli müstəvilərdə təmasların, müzakirələrin artması onu göstərir ki, tərəflər bəzi texniki məsələlərdə ortaq məxrəcə gələ bilirlər. Daha kompleks şəkildə razılıq əldə olunmadığı isə ortadadır. İstənilən halda tərəflərin davamlı təması, müddətindən asılı olmayaraq danışıqları müsbət addımdır. Yəqin ki, qarşılıqlı təkliflər və detallar geniş müzakirə olunur".

İlqar Vəlizadə: Tərəflərin davamlı təması, müddətindən asılı olmayaraq danışıqları müsbət addımdır

Həmsöhbətimiz vurğulayıb ki, obyektiv səbəblərə görə, tərəflər arasındakı bütün danışıqlar ictimailəşdirilmir:

"Əlbəttə, müzakirələr intensivləşsə də, əsas müzakirələrdir. Amma ən azından Ermənistan tərəfi anlayır ki, sülh qaçılmazdır, kommunikasiyalar açılmalıdır. Azərbaycanın tələbləri ortadadır və bunları dəyişdirmək fikrində deyilik”.

İ.Vəlizadə qeyd edib ki, zaman Ermənistanın xeyrinə işləmir:

“Əgər İran vasitəsi ilə Zəngəzur dəhlizinin tərkib hissəsi sayılan "Araz dəhlizi" kommunikasiyası açılarsa, Ermənistan tamamilə uduzacaq. Yəni kommunikasiya məsələsində bu ölkənin maraqları əks olunmayacaq".

Aydın Baxış

Seçilən
24
bakivaxti.az

1Mənbələr