Ukrayna Silahlı Qüvvələri uzaq mənzilli "FPV" dronlarından istifadə edərək rus ordusuna məxsus "Zopark" radar kompleksini vurub. Moskva vilayətinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Belə bir kompleksin dəyərinin təxminən 1 milyard qrivna (24 milyon 236 min dollar-red.) olduğu qeyd olunur. Bildirilir ki, sözügedən radar sistemini vurmaq üçün 4 drondan istifadə olunub ki, onların da ümumi dəyəri 2 min dollardan bir qədər artıqdır. Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 2030 rus hərbçisini öldürüb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Ramil Məmmədli ilə yeni eskalasiyanı müzakirə edir.