AZ

SEPAH İsraildə 7 oktyabr hücumlarının təkrarına çağırıb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Mohammad Reza Naqdi İran ərazisinə oktyabrın 26-dakı İsrail zərbəsinə cavab olaraq daha bir "Əl-Əqsa daşqını" əməliyyatının (HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində İsrailə hücumu) keçirilməsinə çağırıb.

Sitat.info bu barədə "Tasnim" agentliyinə istinadən məlumat verir.

"Bir çoxları bizdən "Doğru vəd-3"ün (26 oktyabr İsrail hücumuna hərbi cavab - red.) nə vaxt keçiriləcəyini soruşur və mən deyirəm ki, "Doğru Vəd-3"ün keçirilməsi məni narahat etmir. Biz, "Bəsic" (hərbiləşdirilmiş könüllü dəstələr) olaraq, sionistlərlə hesabı bağlamaq üçün yeni "Əl-Əqsa daşqını" istəyirik və bu gün çox yaxındır", - deyə iranlı hərbçi bildirib.

Qeyd edək ki, "Doğru vəd-1" Dəməşqdəki İran konsulluğunun bombardmanına cavab olaraq 2024-cü ilin aprelində Tehran tərəfindən İsrail ərazisinə hücumun, "Doğru vəd-2" isə analoji olaraq Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq oktyabrın 1-də İranın İsrailin hərbi obyektlərinə qarşı keçirdiyi əməliyyatların adlarıdır.

phrase_var_article.chosen
50
1
sitat.info

8phrase_var_article.sources