AZ

CHP liderinə qarşı istintaq başlanıldı

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında İstanbul Respublika Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə istintaq başladılıb. 

Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. 

"CHP sədri Özgür Özəl 26 noyabrda partiyasının qrup toplantısında və bu gün Mərmərə Cəzaçəkmə Müəssisələri Kampusu qarşısında mətbuata açıqlamasında Baş prokuror Akın Gürlek haqqında işlətdiyi ifadələrə görə, İstanbul Respublika Baş Prokurorluğu hərəkətə keçib", - məlumatda qeyd olunub. 

Baş Prokurorluq Özəlin Gürlək haqqında söylədiyi ifadələrə görə "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək" və "terrorla mübarizədə iştirak etmiş insanları hədəfə almaq" ittihamları ilə istintaq başladıb. 

Seçilən
28
3
adalet.az

4Mənbələr