Rusiya “KA-52M” helikopteri ilə Kurskda Ukrayna mövqelərinə zərbələr endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
““Ka-52M” helikopterinin aviasiya heyəti Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna ordusunun canlı qüvvəsini məhv edib. Zərbədən sonra helikopterin ekipajı raket əleyhinə manevrlər həyata keçirərək, Ukraynaya məxsus MANPADS istilik raketlərindən qorunmağı bacarıb”. - deyə məlumatda qeyd olunub.