Ukrayna bölüşdürüləcək — Rusiya Xarici Kəşfiyyat Xidməti
Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) iddia edir ki, Qərb ölkələri “Ukraynanın faktiki işğalını” planlaşdırır.
Onun sözlərinə görə, bu məqsədlə ölkəyə sülhməramlı kontingent yerləşdiriləcək. Ölkəyə 100 min sülhməramlı göndərilməsinin planlaşdırıldığı iddia edilir.
XKX-in press-relizinə görə, Ukrayna bir sıra ölkələr arasında “paylanacaq”: Qara dəniz sahilləri Rumıniyaya, qərb bölgələri Polşaya, ölkənin mərkəzi və şərqi Almaniyaya, şimal bölgələri və paytaxt isə Böyük Britaniyaya keçəcək. “The Wall Street Journal” yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri Ukraynada döyüşlərin dayandırılması planını təqdim ediblər və bu plana silahsızlaşdırılmış zonanın yaradılması daxildir. Buna kimin nəzarət edəcəyinə qərar verilməyib, lakin nəşrin bir mənbəsi bunun Avropa hərbçiləri ola biləcəyini etiraf edib.