AZ

Okan Burukun təhdid etdiyi hakim ''Qalatasaray''ın oyununa təyinat aldı

Türkiyə çempionatının lideri ''Qalatasaray'' bazar günü 14-cü tur çərçivəsində öz meydanında debütant ''Eyüpspor''u qəbul edəcək.

Hakimlər Komitəsinin bu oyun üçün hakim təyinatı dərhal diqqəti cəlb edib. Görüşü Oğuzhan Çakır idarə edəcək. 1999-cu il təvəllüdlü bu ədalət təmsilçisi ötən mövsüm ''Pendikspor'' - ''Antalyaspor'' oyununa təyinat almaqla Türkiyə çempionatı tarixində oyun idarə edən ən gənc hakim olmuşdu. Amma Çakırın təyinatını maraqlı edən məqam onun bu mövsüm ilk dəfə ''Qalatasaray''ın oyununu idarə edərkən başına gələnlərdi.

25 yaşlı ədalət təmsilçisi ''Cim-Bom''un hələ ki, xal itirdyi yeganə oyun olan ''Kasımpaşa''ya qarşı matçı (3:3) idarə etmişdi. İstanbul nəhəngi həmin oyunda 3 topluq üstünlüyü əldən vermişdi. 82-ci dəqiqədə Oğuzhan Çakır VAR-ın məsləhəti ilə şübhəli epizodu monitordan izləyərək ''Qalatasaray''ın qapısına penalti təyin etmişdi. Onun epizodu izləyərkən Okan Burukun ''bu penaltini verən hakim bir daha bu stadionda oyun idarə edə bilməz'' sözləri kameraya düşmüş və çox böyük müzakirələrə səbəb olmuşdu. Ona görə də Oğuzhan Çakırın bu dəfə ''Qalatasaray''ın ev oyununda necə idarəçilik sərgiləyəcəyi böyük maraq doğurur.

Bundan başqa Çakır noyabrın 3-də ''Fənərbaxça''nın səfərdə ''Trabzonspor''u 3:2 yendiyi qarşılaşmada da nəticəyə təsir edən səhvlərə yol vermiş və böyük tənqid dalğası ilə üzləşmişdi.

ƏLİ

Seçilən
22
46
football-plus.az

10Mənbələr