AZ

Rusiyada kənd təsərrüfatı məhsullarının ixracına nəzarət gücləndirilir

Rusiyanın ərzaq bazarı hazırda məhsullarla tam təmin olunub.

Azpost.info bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Patruşev məlumat verib.

“Bu gün hökumətdə keçirilən iclasda ərzaq bazarındakı vəziyyəti müzakirə etdik İlk növbədə onu demək istəyirəm ki, bazar ərzaqla tam təmin olunub”.

Patruşev həmçinin bildirib ki, rusiyalı fermerlər 2024-cü ildə çox çətin hava şəraitinə baxmayaraq, layiqli məhsul yığıblar. “Heyvandarlıq və balıqçılıqda vəziyyət sabitdir, yeyinti və emal sənayesi dinamik işləyir”, – Baş nazirin müavini vurğulayıb.

O əlavə edib ki, hazırda Rusiya məhsullarına artan tələbatı ödəmək üçün istehsalın sistemli artırılması davam edir. Eyni zamanda, daxili bazara üstünlük verilməsi üçün kənd təsərrüfatı məhsullarının ixracına nəzarət gücləndirilir.

“Bu tədbirlər qiymətlə bağlı vəziyyəti sabitləşdirməlidir”, – Patruşev vurğulayıb.

Seçilən
23
azpost.info

1Mənbələr