AZ

Beynəlxalq forumun iştirakçılarına Azərbaycanda urbanizasiya məsələləri barədə məlumat verilib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Tumurcuqlar: Rusiya və Çin - qarşılıqlı faydalı əməkdaşlıq” adlı ikinci böyük beynəlxalq forumda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə azərbaycanlı alim “Azərbaycan Respublikasinda şəhərsalma prosesinin inkişafının regional xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycan rayonlarında urbanizasiya məsələləri, iqtisadi rayonların ümumi və şəhər əhalisi, əhali artımı, demoqrafik göstəricilər, aqlomerasiya, şəhər və qəsəbələrin əhali sayı, təbii coğrafi şəraitin, təbii ehtiyatlar və su ilə təminatın şəhərlərin inkişafına təsiri, işğaldan azad edilmiş ərazilərdə əhali məskunlaşması, Qarabağın bərpası ilə bağlı görülən işlər, regionun davamlı demoqrafik və sosial-mədəni inkişafı və s. haqqında geniş məlumat verib.

Forum 36 ölkədən 10 mindən çox nümayəndəni bir araya gətirib.

Seçilən
47
yeniazerbaycan.com

1Mənbələr