AZ

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

Üçüncü rübdə Yaponiya və Çin ABŞ dövlət istiqrazlarının əhəmiyyətli bir hissəsindən xilas olub. Bu iki Asiya ölkəsi ABŞ dövlət borcunun dünyanın ən böyük xarici sahibləridir. 

Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

İyul-sentyabrın sonunda yaponlar bu qiymətli kağızları rekord qiymətə - 61,9 milyard dollara satıblar.

Analitiklər bu addımı ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi ilə əlaqələndirirlər. Siyasətçi idxal olunan mallara ticarət rüsumlarını artırmaq niyyətindədir. ABŞ kreditorları öz hərəkətləri ilə "xəbərdarlıq atəşi" açırlar.

Mütəxəssislər əlavə edib ki, Amerika dövlət istiqrazlarının sahibləri tərəfindən satılmasının digər səbəbi gəlir götürmək istəyidir.

Paşa Məmmədli

Seçilən
2
1
valyuta.az

2Mənbələr