AZ

Türkiyə, Rusiya və İran yeni müharibənin içində- Əsəd Hələbdə nə oynayır?

Image

Elşad Musayev: "İndi müxalifət qüvvələri itirilmiş ərazilər uğrunda Hələb istiqamətində hücuma keçib"

Hələb istiqamətində hücumlarını artıran silahlı qruplar Türkiyənin dəstəklədiyi müxaliflər deyil, “Əl-Qaidə” əsaslı terror təşkilatı olan “Heyət Təhrir əş-Şam”dır. Türkiyə isə 2018-ci ildə bu qrupu rəsmi qəzetində terror təşkilatı elan edib və indiyə kimi də qərar dəyişməyib.
 
Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu/Azad Suriya Ordusu (SMO/ASO) daxilində Türkiyə-Suriya danışıqlarını istəməyən və bu səbəblə uzaqlaşdırılan qruplar da mövcuddur. Bütün bunlar Türkiyənin dəstəyindən kənar baş verən hadisələrdir. “Təhrir əş-Şam”ın ABŞ-ın nəzarətində olduğu düşünülür. Əslində, onların İdlib/Suriya həbsxanalarından çeçen döyüşçüləri Ukraynaya köçürdükləri və bunun müqabilində ABŞ-Ukrayna xəttindən silah və sursat aldıqları barədə məlumatlar var.
 Hələb və İdlib arasında nə baş verir? Eyni zamanda Hələb üzərinə bir necə istiqamətdən yürüş başlayıb. YPG-PKK qüvvələri bu istiqamətdə hücum edir. Bu bölgədə Türkiyə qosunları da var. Bölgədə yeni muharibə başlayib, Əsəd isə Moskvaya gedib. Bu hərbi qarşıdurmada Amerikanın barmağı ola bilərmi?
 Politoloq Elşad Musayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, Suriya ilə bağlı ayrı-ayrı ölkələrin müxtəlif planları var: "2019-cu ildə Turkiyə, İran və Rusiya arasında müəyyən razılaşma əldə edilmişdi. Həmin razılaşmaya görə, hazırda Hələb istiqamətində hücuma keçən müxalif qüvvələrə müəyyən ərazilər buraxılmışdır. Daha sonra Suriya hökumət qoşunları Rusiyanın köməyi ilə həmin əraziləri müxaliflərin əlindən aldı. İndi müxalifət qüvvələri itirilmiş ərazilər uğrunda Hələb istiqamətində hücuma keçib. Gələn məlumatlara görə, muxalif qüvvəlkər 32 yaşayış məntəqəsini ələ keçirib. Hələ İdlibdən Hələbə doğru hücumlar davam edir. Suriya ordusu isə hələlik geri çəkilir. Qeyd etdiyim kimi, burada maraqli qüvvələr var, onlar maraqlarını ortaya qoyacaq.
 Rusiya ilə Türkiyənin maraqları bəzən bölgədə üst-üstə düşür, bəzən toqquşur. Əsəd rejimi isə getdikcə zəifləyir. Bir ara Rusiya ilə İran Suriyaya dəstək verdilər. Amma vəziyyət elədir ki, Rusiyanın başı Ukrayna muharibəsinə qarışıb. İranın da başı İsraillə qarşıdurmaya qarışıb. Ona görə də hər iki ölkə lazımi dəstəyi vərə bilmir. Bu səbəbdən də Əsəd rejimi zəifləyir.
 Təbii ki, burada ABŞ-ın öz maraqları, İsrailin isə fərqli marağı var. Amerika öz maraqlarını YPG-PKK qüvvələri vasitəsilə təmin edir.
 Bütün baş verənlərin fonunda Əsəd qüvvələri zəifləyib. Bununla yanaşı müxalif qüvvələrin Hələbi ələ keçirə biləcəyi dəqiq bəlli deyil. Amma hazırda ətrafdakı yaşayış məntəqələri bir-bir işğal edilir.
 Bu hadisələr qardaş ölkə olan Turkiyənin sərhədində baş verir. Ona gorə də Ankara prosesləri diqqətlə izləyir. Hadisələrin yaxın gunlərdə inkişafı Türkiyənin hansı addımlar atmalı olduğunu göstərəcək.
 Hər halda, Yaxın Şərqdə gedən proses yeni dünya düzəninin qurulmasının bir hussəsi kimi qəbul edilir və dünyanın diqqət mərkəzindədir".

Dəniz NƏSİRLİ





Seçilən
18
9
baki-xeber.com

6Mənbələr