İran yaxın aylarda nüvə silahı əldə edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Fransa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikolas Lernerə istinadən məlumat yayıb.
"İranın nüvə silahının yayılması riski qarşıdakı aylarda böyük təhlükədir və Böyük Britaniya, Fransa belə bir hadisəyə hazırlaşmaq üçün strategiyalar hazırlayır", - Lerner deyib.
O, Fransa və Britaniya xidmətlərinin yaxın aylarda gözlənilən kritik təhlükəyə qarşı durmaq üçün yan-yana işlədiyini söyləyib.
QAZİLER.AZ