AZ

Qərbi Azərbaycan İcması BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub

Yazını böyüt
Yazını kiçilt

Qərbi Azərbaycan İcması noyabrın 28-29-da Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub. İcmanın Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edib.

Hafta.az xəbər verir ki, Şahin İsmayılov çıxışında Qərbi azərbaycanlıların Ermənistandan qovulduğunu və nəticədə bu ölkənin tamamilə monoetnik dövlətə çevrildiyini qeyd edib. Milli Məclisin deputatı vurğulayıb ki, İcma soydaşlarımızın Ermənistandakı öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinə xidmət edən Qayıdış Konsepsiyasını qəbul edib və BMT-nin Qərbi azərbaycanlıların qayıdışının və onların hüquq və təhlükəsizliyinin tam şəkildə qorunmasının təmin edilməsində fəal rol oynaması vacibdir.

Ş.İsmayılov Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu da vurğulayıb.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır. Qərbi Azərbaycan İcması ikinci ildir ki, BMT-nin bu nüfuzlu forumunda iştirak edir. İcma qayıdış məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

Seçilən
5
8
hafta.az

9Mənbələr