AZ

ABŞ və Almaniya Ukraynanı danışıqlara məcbur etmək istəyir

ABŞ və Almaniya Vladimir Zelenskini Rusiya ilə danışıqlara təşviq etmək üçün plan hazırlayıb.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

İdeya Kiyevi Ukrayna Silahlı Qüvvələrinə hazırkı cəbhəni saxlamağa imkan verəcək, lakin işğal olunmuş əraziləri geri almağa imkan verməyən silahlarla təmin etməkdir. Almaniyanın hökumət dairələrindəki mənbə nəşrə bildirib ki, Zelenski özü belə davam edə bilməyəcəyini başa düşməlidir və öz istəyi ilə xalqa üz tutaraq danışıqların aparılmasının vacibliyini izah etməlidir.

Bununla belə, “Bild”in yazdığına görə, Vaşinqton və Berlinin də “B” planı var: tərəflər arasında razılaşma olmadan münaqişənin “dondurulmasına” nail olmaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
515
22
musavat.com

10Mənbələr