AZ

Orban: Ukraynada Qərb muzdlularının ölümü eskalasiya təhlükəsini göstərir

Ukraynada amerikalı və avropalı hərbçilərin ölməsi faktları eskalasiya təhlükəsindən xəbər verir.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bu barədə “Radio Kossuth”un efirində danışıb.

“Biz çox təhlükəli vəziyyətdəyik, çünki indi amerikalılar və ya hərbi statusu olan Qərbi Avropalılar Ukraynada ölə bilər, bu, artıq baş verib… və bu, müharibənin genişlənməsi və yayılması təhlükəsini yaxşı göstərir”, – Orban bildirib.

Noyabrın 21-də TASS agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verib ki, yerli ordu sıralarına qoşulmaq üçün Ukraynaya gedən muzdluların sayı xeyli azalıb. Qeyd olunub ki, Qərb ölkələrindən döyüşçülərin sayının azalması xidmət şəraitinin onlara həddən artıq sərt görünməsi ilə bağlıdır.

SHOT “Telegram” kanalının məlumatına görə, noyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri təkcə Kursk vilayətində 210 əcnəbi muzdlu əsgərini itirib. Ölən döyüşçülər arasında Polşa, Estoniya, ABŞ, Almaniya və Böyük Britaniya vətəndaşları da var. 

Seçilən
5
1
nocomment.az

2Mənbələr