1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Real Madrid"in azyaşlı azarkeşi braziliyalı futbolçu Vinisius Juniora qarşı irqçi ifadələr səsləndirdiyinə görə cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, uşaq Vinisiusa məktub ünvanlayıb və orada baş verənlərə görə üzr istəyib. Nəticədə, onun bir il müddətinə stadionlara getməsinə qadağa qoyulması və məhkəməyəqədər cərimə tətbiq edilməsi qərara alınıb. Cərimənin məbləği açıqlanmayıb.
Xatırladaq ki, bu, 2024-cü il fevralın 18-də ölkə çempionatının "Rayo Valyekano" və "Real Madrid" matçında baş verib.