Şimali Koreya lideri Kim Çen İn Pxenyanda Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Görüş zamanı “hərtərəfli strateji tərəfdaşlığın” dərinləşdirilməsi müzakirə olunub.
KXDR lideri Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli silahlardan zərbələr endirməsinə icazə verdiyinə görə Qərbi qınayıb.
Kim Çen İn görüş zamanı deyib ki, ABŞ və Qərb “Kiyev hakimiyyətinin əli ilə uzaq mənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirib”. Onun fikrincə, Qərb bu yolla münaqişəyə müdaxilə edib. KXDR lideri Rusiyanın cavabını “vaxtında və effektiv tədbir” adlandırıb.