Rusiyanın 4-cü liqasında mübarizə aparan "Kvant"ın futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.
Sportinfo.az xəbər verir ki, Kaluqa vilayətinin 6 sakini və sözügedən oyunçu gələn ilin yanvarına qədər həbsdə qalacaqlar.
Hadisə oktyabrın 31-də baş verib. Cinayətkarlar Çexov şəhəri yaxınlığındakı meşədə iş adamı Samrat Cavadovu döyərək ona müxtəlif işgəncələr veriblər. Həmin şəxs huşunu itirəndən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə ölüb.
Cavadovun cəsədini hadisədən iki həftə sonra anası tapıb.
21 yaşlı Melnikov bu ilin sentyabrında qanunsuz idman mərclərinə görə 6 ay müddətinə diskvalifikasiya edilmişdi.