AZ

Qəzzada son həftələrdə 130 mindən çox insan evlərini tərk edib

Qəzzanın şimalında son həftələrdə 130 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

“Report”un məlumatına görə, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə rəhbəri Filip Lazzarini deyib.

Onun sözlərinə görə, Qəzza zolağının ən azı 1 milyon sakini soyuq qış havalarında qorumaq üçün lazımi sığınacağa malik deyil.

“Qəzzanın mənzil ehtiyacının dörddə birindən az hissəsi ödənilir ki, bu da təxminən 1 milyon insanı qış yaxınlaşdıqca sərt hava şəraitinə məruz qalma riski ilə üz-üzə qoyur. Eyni zamanda daha 545 min insan zədələnmiş binalarda və müvəqqəti sığınacaqlarda yaşayır. Odur ki, Fələstin anklavının brezent və digər tikinti materiallarına ehtiyacı var”.

Vurğulanıb ki, Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra əsas ərzaq məhsullarının qiymətləri 1000% artıb.

Seçilən
33
5
azpolitika.info

6Mənbələr