AZ

Noyabrda Avropada qazın qiyməti 21% artıb

Noyabrın sonunda Avropada qazın qiyməti 21% artaraq 1 min kubmetr üçün 521 dollar təşkil edib.

TASS-ın məlumatına görə, qiymət artımının əsas amilləri soyuq hava fonunda Avropanın anbarlarından rekord miqdarda çıxarılması, Avstriyanın OMV şirkətinə Rusiyadan yanacağın tədarükünün dayandırılması ilə bağlı bəyanatlar və tədarük üçün ödəniş riskləri olub.

Capital Lab-ın partnyoru Yevgeni Şatov bundan əvvəl 2024-cü ilin sonuna qədər Avropada qazın qiymətinin 5-10% arta biləcəyi fikrini bildirmişdi.

Həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-dan maye qaz istehlak edən ölkələrin Rusiyadan təbii qaz istəməyə məcbur olacağını bildirib.

DOĞRU.AZ

 

Seçilən
17
dogru.az

1Mənbələr