Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.
NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə tikinti işləri aparılan zaman baş verib. Uçqun nəticəsində 30 yaşlı Camal Rəsulov ölüb, digər iki nəfər isə yaralanıblar.