AZ

Rusiya Mərkəzi Bankından neftin qiyməti ilə bağlı xəbərdarlıq

Rusiya Mərkəzi Bankının “Maliyyə Sabitliyi İcmalı” başlığı ilə dərc etdiyi hesabatda qlobal iqtisadiyyatda yavaşlaması təhlükəsinin davam etdiyinə diqqət çəkilib.

FED.az xəbər verir ki, inkişaf etmiş ölkələrin sənayelərində yavaşlama olduğuna dair məlumatların yer aldığı hesabatda, "Əmlak bazarındakı problemlərin həlli üçün daxili tələbi stimullaşdırmaq üçün tədbirlər görən Çində iqtisadi artımın yavaşlaması bu il qlobal miqyasda təsir edəcək",- deyilir.

Hesabatda qlobal kapital axınındakı hadisələrin Rusiyaya təsirinin məhdud olduğu, lakin ölkənin əsas ticarət tərəfdaşlarındakı qeyri-sabitliyin dolayı təsir göstərdiyi qeyd edilib.

Qlobal iqtisadi artım və neft qiymətlərində mümkün azalma ilə bağlı narahatlıqların olduğuna diqqət çəkən hesabatda, “Brent markalı neftin barrel qiyməti sentyabr ayında 70 dollardan aşağı düşdü. Sonradan Yaxın Şərqdəki münaqişələr səbəbindən yenidən yüksəldi. Əmtəə qiymətlərindəki enmə tendensiyası davam edə bilər”,- qiymətləndirməsi verilib.

Rusiyada büdcənin neftin 60 dollar/barel qiyməti əsas götürülərək hazırlandığına diqqət çəkilən hesabatda, “Neft qiymətlərinin hazırkı səviyyəsi Rusiya iqtisadiyyatı üçün təhlükə yaratmasa da, bareli 60 dollardan aşağı düşərsə, iqtisadiyyatda və maliyyə bazarlarında çətinliklər ola bilər”,- qeyd edilib.

Hesabatda rublun xarici valyutalara nisbətdə ucuzlaşmasının müvəqqəti olduğu vurğulanıb: “Əvvəlki sanksiyaların göstərdiyi kimi, məhdudiyyətlər xarici iqtisadi fəaliyyət üçün infrastruktur çətinlikləri yaradır, lakin orta və uzunmüddətli perspektivdə məzənnə dinamikası fundamental amillərlə müəyyən edilir." (Marja)

Seçilən
3
1
fed.az

2Mənbələr