AZ

Kim Çen In: “Şimali Koreya həmişə Rusiyanın tərəfində olacaq”

Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşü zamanı əmin edib ki, Şimali Koreya həmişə Rusiyanın tərəfində olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət agentliyi məlumat yayıb.

“Kim Çen In Rusiya prezidenti Vladimir Putinə, Rusiya hökumətinə, ordusuna və xalqına səmimi arzularını çatdırıb və Pxenyanın hər zaman Moskvanın yanında olacağını bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Kim Çen In qeyd edib ki, Rusiya Qərb imperializminə qarşı mübarizə aparır.

Xatırladaq ki, noyabrın 29-da Kim Çen Inın bu ölkəyə səfər edən Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşdüyü məlum olub.

Görüş zamanı KXDR lideri Koreya-Rusiya münasibətlərinin “güclü təhlükəsizlik mexanizmi” kimi əhəmiyyətini qeyd edib.

Bundan əvvəl Kim Çen In Rusiya Federasiyasına zərbələri Qərbin Ukraynadakı münaqişəyə müdaxiləsi adlandırıb.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr