Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.
Naxçıvandan Bakıya gedən avtobus "Kamaz"la toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
**
Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qəzanın başvermə səbəbi HOWO markalı yük maşınının yolayrıcını keçmə qaydalarını pozması olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Hadisə noyabrın 30-da saat 10 radələrində baş verib. HOWO markalı 90-JZ-892 dövlət qeydiyyat nişanlı yük avtomobili "Scania" markalı 59-AA-700 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Sözügedən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 111-ci kilometrliyində, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib. Yük maşını yolayrıcını keçmə qaydalarını pozduğuna görə avtobusla toqquşma baş verib. Avtobusun içərisində əyləşən sərnişinlərdən bir nəfər xəsarət alıb", - deyə məlumatda bildirilib.