İranın Həmədan əyalətinin Famenin şəhərindən olan güney azərbaycanlı sosial media fəalı Murtaza Xaki həbs olunub.
Viral.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) məlumat yayıb.
Məlumata görə, güneyli gənc iki gün öncə Kəbudərahəng şəhərinin ETTELAAT tərəfindən saxlanılıb. O, “İranın yüksək rütbəli rəsmilərini və ali rəhbəri (Seyid Əli Xamenei) təhqir etmək”də günahlandırılıb.
Son Yazılar:
- İranda azərbaycanlı sosial media fəalı həbs edildi
- Bu şəxslər pensiya hüququndan məhrum olacaq
- Xəzər rayonunda avtomobil yandı
Qeyd olunub ki, Murtaza Xakinin sosial media hesabı da bağlanıb. Media fəalı Həmədan həbsxanasına köçürülüb.