Mahaçqala (Rusiya) hava limanının fəaliyyəti dron hücumu təhlükəsi ilə əlaqədar dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a hava limanının baş direktoru Səid Ramazanov məlumat verib.
“Mahaçqala Beynəlxalq Hava Limanının işi pilotsuz təyyarələrin hücum təhlükəsi ilə əlaqədar Moskva vaxtı ilə saat 11:30-a qədər dayandırılıb və "Kover" rejimi tətbiq edilib”, - deyə o bildirib.
Daha sonra Ramazanov "Kover" rejiminin ləğv edildiyini açıqlayıb.
Hava limanı normal rejimdə işləyir.
Məlumata görə, PUA Kaspiyskdəki obyektlərə hücum etməyə cəhd edib. Dağıstanın rəhbəri Sergey Melikov deyib ki, ilkin məlumata görə, dağıntı və tələfat yoxdur.
Məhərrəm Ağalaroğlu, “İki sahil”