AZ

Deputatlarımız gələn ay İrəvana gedəcək?

İrəvanda dekabrın 10-12-si arası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası keçiriləcək.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, Ermənistana tədbirdə iştirak üçün 10-dan çox ölkədən nümayəndənin gələcəyi gözlənilir. “Hraparak” qəzeti isə yazır ki, Ermənistana həmçinin Türkiyədən də nümayəndələr gələ bilər. Bununla belə Azərbaycan tərəfinin hələlik görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Qəzet həmçinin iki ölkə arasında danışıqları “boş şey” adlandırıb, amma bunu nəyə əsaslanaraq yazdığını açıqlamayıb.

Qeyd edək ki, hazırda təşkilata sədrliyi Ermənistan edir.

Seçilən
20
33
buta.tv

10Mənbələr