Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb
Sumqayıtda 23 yaşlı gənc dəm qazından boğularaq ölüb. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Betonzavod adlanan ərazidə qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Mehriban Nizami qızının hamam otağında dəm qazından öldüyü bildirilib. Fakt araşdırılır.