AZ

Fidan: Silahlanma dünyanı nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər

Yaxın Şərq və Asiya Sakit Okean bölgəsində silahlanmanın artması dünyanı uçurumun kənarına, hətta nüvə müharibəsi təhlükəsinə sürükləyə bilər.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT-nin bu il 8-ci dəfə təşkil etdiyi TRT World Forum 2024-də “Müharibə və Nizam: Dəyişən Dünyada Geosiyasi Dəyişiklikləri İstiqamətləndirmək” adlı sessiyanın açılışında deyib.

Beynəlxalq sistemin siyasi, hərbi, iqtisadi və ekoloji çağırışlar gətirdiyini deyən H.Fidan bu çağırışlar üçün kritik geosiyasi dövr keçirdiyimizi bildirib.

Getdikcə daha da dərinləşən qütbləşmənin olduğunu söyləyən nazir əlavə edib ki, beynəlxalq təhlükəsizlik arxitekturası getdikcə zəifləyir.

Digər tərəfdən texno-siyasətlərin beynəlxalq tarazlığa təsir etdiyini vurğulayan XİN başçısı, süni intellekt və kibertəhlükəsizlik sistemlərinin də təhdid siqnalını artırdığını qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
5
1
ikisahil.az

2Mənbələr