"Kəpəz" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Şamaxı"ni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Öncə "Turan Tovuz"un əməkdaşı İman Həsənova şəfa diləyirəm. Maraqlı oyun alındı. Penaltini yerinə yetirə bilmədik. "Şamaxı"nın döyüşkən komanda olduğunu bilirdik. Səfər oyunu olmasına baxmayaraq, uşaqlar rəqibdən çəkinmədilər. Futbolçularım döyüşdülər və qələbə qazandıq.
- Bu qələbənin psixoloji cəhətdən komandaya faydası olacaq?
- Artıq 7-ci oyundur ki, komanda mübarizə aparır, yaxşı oynayır. Motivasiya baxımından heç bir problemimiz yoxdur. Sadəcə konsentrasiya itməməlidir. Oyun paltardəyişmə otağında bitir. Ən önəmli olan şey odur ki, son saniyəyə kimi vuruşmalısan. Qələbə əziyyətlə gəlir.
- Orxan Əliyevin ehtiyatda qalmasının səbəbi nə idi?
- Taktiki dəyişiklik idi. Karim Lkoça rəqibi daha çox üzərinə çəkirdi və cinahlarımız üçün yol açılırdı.
- Komandanız ikinci hissədə daha yaxşı oynadı. Fasilədə nəyi dəyişdiz?
- Birinci hissədə böyük problem görünmürdü. İkinci yarıda döyüşkənliyi artırmaq istədik. Rəqib döyüşürsə, sən ağlllı oynamaqla nəsə edə bilməzsən, sən də döyüşməlisən. Uşaqlar ikinci hissəni daha yaxı keçirdilər.
- Sizin baxışınız necədir? Penaltini vura bilməyən futbolçuya növbəti oyunda da penalti verirsiz?
- Heç bir problem yoxdur. Bu gün vurtmayıbsa, sabah vurar. Futbolçiular məşqlərdə penaltilərin üzərində işləyir. Əsas penalti vuranlarımız Luis Paçu ilə Orxan Əliyevdir.
Elçin Əlixan
saytlarin hazirlanmasi