AZ

Bu yolla saytlara kiberhücumların qarşısını almaq mümkündür

Bu gün milyonlarla insan veb saytlar vasitəsilə xəbər oxuyur, alış-veriş edir, biznesdən əyləncəyə qədər bir çox ehtiyaclarını qarşılayır.

Publika.az xəbər verir ki, veb saytlar və onları idarə edən serverlər göründüyündən daha həssas sistemlərə malikdir.
İş saatları və ya texniki nasazlıqlar zamanı bu internet ünvanlarının qəfil yavaşlaması və ya tamamilə əlçatmaz olması həm biznes, həm də istifadəçilər üçün böyük məyusluq yaradır.

Zaman-zaman kiberhücumlara məruz qalan internet saytlarının təhlükəsizliyi və daimi əlçatanlığı son illərdə böyük əhəmiyyət kəsb edir. Süni intellekt məhz bu məqamda biznesə ciddi rahatlıq yaradır. Belə ki, süni intellekt dəstəkli texnologiyalar sayəsində internet saytları və serverlərin ani yavaşlama, əlçatmazlıq kimi problemlərin öhdəsindən gəlindiyi qeyd olunur.

Seçilən
30
publika.az

1Mənbələr