Misli Premyer Liqasında qarşıdan gələn qış fasiləsinin qısa müddətli olması ilə əlaqədar əksər klublar Türkiyədə ənənəvi təlim-məşq toplanışlarından imtina edəcək.
İdmab.biz Sportal.az-a istinadən xəbər verir ki, MPL-də ikinci turun son oyunu 18-ci tur çərçivəsində dekabrın 20-22-də keçiriləcək. Növbəti tura isə yanvarın 17-də start veriləcək.
Buna görə, əksər klubların ölkə xaricinə çıxmayacağı və paytaxtda hazırlaşacağı gözlənilir.