AZ

İçki ziyafəti QANLA BİTDİ

Leninqrad vilayətində 56 yaşlı kişi xanımına 10 bıçaq zərbəsi vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, hadisə Luqa şəhərində baş verib. Kişi həyat yoldaşı ilə mübahisə edib və münaqişə zamanı mətbəx bıçağı ilə ona 10 bıçaq zərbəsi endirib. Qadını xilas etmək mümkün olmayıb.

Hücum edən şəxs saxlanılıb, ona qarşı cinayət işi açılıb.

Məlumata görə, hadisə baş verən zaman kişi və onun yoldaşı ziyafət verib, spirtli içki içiblər.

Seçilən
12
2
publika.az

3Mənbələr