AZ

"Barselona" "Bolonya"nın müdafiəçisini transfer etmək istəyir

"Bolonya"nın müdafiəçisi Con Lukumi karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, Kataloniya klubu qış transfer pəncərəsində müdafiə redutlarını kolumbiyalı futbolçu ilə gücləndirmək istəyir.

"Blauqrana" 26 yaşlı futbolçu üçün artıq danışıqlara da başlayıb.

Lukuminin müqaviləsində 25 milyon avroluq sərbəst qalma maddəsi var. Müdafiəçinin İtaliya komandası ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Bundan əvvəl Lukumi "Genk" və "Deportivo Kali"də oynamağı bacarıb. Xatırladaq ki, Con Lukumi bu mövsüm İtaliya çempionatında “Bolonya”nın tərkibində doqquz oyun keçirib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr