İspaniya çempionatının 15-ci turunda lider "Barselona" aşağı pillələrdə qərarlaşan "Las Palmas"la üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Kataloniyada baş tutan matç gözlənilmədən qonaqların qələbəsi ilə başa çatıb.
Matçda əsas hadisələr ikinci hissədə cərəyan edib. Hesabı 49-cu dəqiqədə "Las Palmas"ın yarımmüdafiəçisi Sandro Ramires açıb. 61-ci dəqiqədə "Barselona" Rafinyanın qolu sayəsində hesabı bərabərləşdirib. 67-ci dəqiqədə qonaqlar Fabio Silvanın qolu ilə yenidən hesabda önə keçiblər - 1:2.
Beləliklə də, hazırda "Barselona" 15 matçdan 34 xal toplayıb və birinci yerdədir. "Las Palmas" isə turnir cədvəlinin 14-cü pilləsində yer alıb.
Mənbə: oxu.az