Gürcüstan prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bəyan edib.
Day.Az-ın məlumatına görə, bu barədə S.Zurabişvili televiziya müraciətində bildirib.
"Mən sizin prezident olaraq qalıram, legitim parlament mövcud deyil. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir", - deyə o bildirib.