AZ

Zurabişvili meydan oxudu: Prezident postundan getməyəcəm!

Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, mandatının başa çatmasına baxmayaraq, parlament “qeyri-legitim” olduğu üçün səlahiyyətlərini təhvil verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, Zurabişvili bu barədə televiziya çıxışında deyib.

“Mən sizin prezident olaraq qalıram, çünki qanuni parlament yoxdur. Qeyri-legitim parlament yeni prezident seçə bilməz. Beləliklə, andiçmə baş tutmayacaq. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - o bildirib.

Noyabrın 26-da Gürcüstan parlamenti prezident seçkilərinin dekabrın 14-nə, andiçmə mərasiminin isə dekabrın 29-na təyin edilməsini təsdiqləyib. Daha sonra hakim Gürcü Arzusu deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd irəli sürüb.

Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidze AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını bildirib. Bunun ardınca Zurabişvili “konstitusion çevriliş” olduğunu əsas gətirərək, hamını aksiyaya səsləyib.

Müxalifətin çağırışı ilə Gürcüstanda aksiyalar başlayıb və hələ də davam edir.

Seçilən
3
7
xalqcebhesi.az

8Mənbələr