Polşalılar Ukrayna uğrunda döyüşlərdə ölməməli, Polşa heç bir müharibəyə cəlb edilməməlidir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu “Konfederasiya” ultrasağçı assosiasiyasından respublika prezidentliyinə namizəd Slavomir Mentzen ölkənin qərbindəki Namıslou şəhərində tərəfdarları ilə görüşü zamanı deyib.
“Polşanın şərqə göndərilməyən, şərqdə, bizim olmayan müharibədə vuruşmayan başqa dövlətləri deyil, Polşanı müdafiə edəcək güclü orduya sahib olmasını istərdim”, - deyən Mentzen əlavə edib: “Polşa özünün heç bir müharibəyə cəlb olunmasına imkan verməməlidir. Mən heç bir polşalı əsgərin Ukraynada görünməsinə icazə verməyəcəyəm”.
Hökuməti xarici korporasiyaların və dövlətlərin sifarişlərini yerinə yetirməkdə ittiham edən siyasətçi qeyd edib: "Mən Polşanın suveren olmasını istərdim ki, hər məsələdə Berlin, Brüssel və ya Vaşinqtondan razılıq istəməsin".
Məhərrəm Ağalaroğlu, “İki sahil”