AZ

Zurabişvili istefa verməyəcəyini açıqladı

Gürcüstan Prezidenti Salome Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.

“Mən sizin prezident olaraq qalıram, legitim parlament yoxdur. Müvafiq olaraq, qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - Zurabişvili bildirib.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar seçkinin nəticəsini qəbul etməyib. 

Seçilən
15
16
qafqazinfo.az

10Mənbələr