Bakı. Trend:
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aksiyaiştirakçılarını təxribat xarakterli hərəkətlərdən çəkinməyəçağırıb.
Trend-inməlumatına görə, bu barədə Xidmətinin rəsmi açıqlamasındabildirilib.
"Biz bütün etirazçıları ehtiyatlı olmağa və şüurlu və yabilməyərəkdən planlaşdırılmış təxribatların bir hissəsi olmamağaçağırırıq", - deyə qeyd olunub.
Bildirilib ki, bəzi qruplar “dağıdıcı və zorakı ssenarilər”həyata keçirmək üçün parlament binası qarşısında təxribatlar təşkiletməyə cəhd edirlər.
Dövlət Təhlükəsizliyi Xidməti onu da xatırladıb ki, GürcüstanCinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsində nəzərdətutulmuş və 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetməcəzası nəzərdə tutulan dövlət hakimiyyətini zorakılıqla devirməyəcəhdlə bağlı istintaq aparılır.