Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Uğursuz mövsüm keçirən çempionatın aşkar autsayderi “Adana Dəmirspor” bu dəfə evdə “Konyaspor”a uduzub. “Alanyaspor” “Trabzonspor”la ev oyunundan qalib ayrılıb. “Samsunspor” “Bodrumspor”u, “Başakşəhər” isə “Göztəpə”ni darmadağınla yola salıb.
14-cu tura dekabrın 12-də yekun vurulacaq.
Türkiyə, Super Liqa
14-cü tur
29 noyabr
Antalyaspor – Sivasspor 2:1
Qollar: Safuri, 40. V.Sarı, 66 – Koita, 43.
30 noyabr
Samsunspor – Bodrumspor 4:0
Qollar: Van Drongelen, 6. Marius, 51; 55. S.Aydoğdu, 90+3.
Adana Dəmirspor – Konyaspor 0:1
Qol: Yevtoviç, 78.
Alanyaspor – Trabzonspor 2:1
Qollar: Haderqyonay, 44. Auqusto, 50 – Draquş, 8.
Başakşəhər – Göztəpə 4:1
Qollar: Davidson, 8. Pyontek, 10; 43. D.Türüç, 37.
1 dekabr
17:00. Rizəspor – Kayserispor
20:00. Qalatasaray – Eyüpspor
2 dekabr
21:00. Fənərbaxça – Qaziantep
21:00. Hatayspor – Beşiktaş