AZ

Qazaxların film kimi cavabından sonra Tokayev Putini PƏRT ETDİ

Putin 2014-cü ildə “Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb, Nazarbayev bu ərazidə dövlət qurub” sözlərindən sonra qazaxlar “Rusiya prezidentinə tarixi kitab” adlı etiraz kampaniyasına başladı. Buna paralel olaraq, dövlət sifarişi ilə “Qazaxfilm” Qazaxıstan ərazisində mövcud olmuş tarixi dövlətlərlə bağlı kifayət qədər ciddi filmlər çəkdi: “Tomris” filmi belə uğurlu layihələrdəndir, o cümlədən, “Qızıl orda” Rusiyaya “sizin dövləti də biz yaratmışıq” mesajını verdilər;

2017-ci ildə Nazarbayevin sərəncamı ilə latın əlifbasına keçid layihəsinə start verilib. Layihənin 2025-ci ildə başa çatması planlaşdırılır. Putinin o sözünə görə Rusiyanı belə demək mümkünsə, peşman etdilər. Çünki Nazarbayev Rusiya ilə nə qədər müttəfiq olsa da, Lukaşenko deyildi və dövlət məsələsində prinsipial mövqe sərgiləyirdi.

Tokayev də Putinin Qazaxıstan “tamamilə rusdilli ölkə” adlandırmasına dərhal verdiyi reaksiya ilə eyni prinsiplərə sadiq olduğunu göstərdi. Və istisna deyil ki, bundan sonra Rusiyaya “Qazaxıstanın tamamilə rusdilli ölkə olmadığını” praktiki addımlarla hiss etdirəcəklər. Çünki Putinin bu sözləri əslində 10 il öncəki iddiasını fərqli formada davam etdirmək və rəsmi Astananı hibrid müharibədə istifadə etdikləri “rusdilli xalq” taktikası ilə hədələməkdir.

Asif Nərimanlı

Seçilən
4
3
publika.az

10Mənbələr