AZ

SEPAH İran hərbi korpusunun rəhbərinin öldüyünü təsdiqlədi

İranın Suriyadakı hərbi müşavirləri korpusunun rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Kiyumarsa Pourhaşimi Ərəb Respublikasının şimalında törədilən terror aktı nəticəsində ölüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu SEPAH komandiri Hüseyn Səlami deyib.

O qeyd edib ki, İsrail Qəzza zolağında və Livanda strateji məğlubiyyətə uğrayıb və islami müqavimət cəbhəsi üzərində hökmranlıq yaratmaq məqsədinə nail ola bilməyib.

“İndi təkfirçi terrorçular Qəzzə və Livanın cənubunda məğlub olanların nəzarəti və rəhbərliyi altında son günlər bu ölkənin ordusu və milislərindən cavab alaraq Suriyaya növbəti vəhşi hücuma keçiblər” - o deyib.


Müəllif: Arzu
Seçilən
33
5
teleqraf.com

8Mənbələr