Azad Suriya Ordusu artıq Suriyanın dördüncü ən böyük şəhəri olan Hamanın nəzarətini tam ələ keçirib.
APA xəbər verir ki, bu haqda Azad Suriya Ordusuna istinadən Qətərin “əl-Cəzira” kanalı məlumat yayıb.
***
19:54
Suriyada Əsəd hakimiyyətinə qarşı vuruşan müxalif qüvvələr Hələb və İdlib vilayətlərindən sonra Həma şəhərinə üz tutub.
APA xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Bildirilib ki, 4 gündür Əsəd hökuməri ilə qarşıdurma yaşayan qruplar Morik qəsəbəsini də nəzarət altına alıblar.