AZ

Putin uşaqlara satışını qadağan edən qanunu imzalayıb - » AzadMedia.az



Rusiya prezidenti Vladimir Putin tərkibində mayeləşdirilmiş karbohidrogenlər olan məişət cihazlarının uşaqlara satışını qadağan edən qanunu imzalayıb.

Azadmedia.az xəbər verir ki, müvafiq qanunu əks etdirən sənəd hüquqi informasiya portalında dərc olunub.

Belə ki, qanunun mətnində qeyd olunur ki, hökumət yetkinlik yaşına çatmayanlara satışı qadağan edilən qaz tərkibli məhsulların siyahısını müəyyən etməlidir.

Bundan əlavə, sənəd uşaqlar arasında belə məhsullardan istifadəni təşviq edən məlumatların yayılmasını da qadağan edir.
Seçilən
19
12
azadmedia.az

10Mənbələr