Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün 6 matç oynanılıb.
Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı “Bavariya” ilə heç-heçə edib.
"Bayer" "Union"a qalib gəlib. “Volfsburq” isə “Leyptsiq”i darmadağın edib.
Qeyd edək ki, turnir cədvəlinin lideri 30 xala sahib olan "Bavariya"dır (12 oyun). "Ayntraxt" 23 xalla 2-ci (11 matç), "Bayer" isə eyni xalla 3-cüdür (12 oyun).
Almaniya Bundesliqası, 12-ci tur
30 noyabr
"Auqsburq" – "Bohum" - 1:0
Qol: Tietz, 38-pen.
"Verder" – "Ştuttqart" - 2:2
Qollar: Ncinmah, 6, Steyc, 77 – Demiroviç, 20, 85
"Frayburq" – "Borussiya" (Münhenqladbax) - 3:1
Qollar: Holer, 41, 63, Doan, 49 – TKleyndyenst, 61
"Leyptsiq" – "Volfsburq" - 1:5
Qollar: Orban, 82 – Amoura, 4, 16, Tomas, 5, Maehle, 64
"Union" – "Bayer" - 1:2
Qollar: Vu-Yonq, 29 – Frimponq, 2, Şik, 71
"Borussiya" (Dortmund) – "Bavariya" - 1:1
Qollar: Qittens, 27 – Musiala, 85